Sabaha gözlənilən hava şəraiti açıqlanıb

# 14:05
29 dekabr 2022

Dekabrın 30-na gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi səhər cənub küləyi ilə əvəz olunacaq.

 

Havanın temperaturu gecə 2-5°, gündüz 6-9° isti, Bakıda gecə 3-5° , gündüz 6-8° isti olacaq. Atmosfer təzyiqi 778 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət 65-75 % olacaq.

Azərbaycanın rayonlarında əsasən yağmursuz hava olacaq. bəzi yerləri duman alacaq. Qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 2° şaxtadan 3°-dək isti, gündüz 6-10° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-3° şaxta olacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR