Sabahın hava proqnozu

# 15:46
23 aprel 2022

Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir.

 

Milli Hidrometeorologiya Xidmətindən APA TV-yə bildirilib ki, mülayim cənub küləyi əsəcək.

 

Havanın temperaturu gecə 10-13° isti, gündüz 15-20° isti olacaq. Bakıda gecə 11-13° isti, gündüz 18-20° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 761 mm civə sütununa enəcək. Nisbi rütubət 60-65 % olacaq.

 

Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz olacaq. Lakin gündüz bəzi dağlıq ərazilərdə yağıntılı olacağı ehtimalı var. Gecə və səhər saatlarında duman olacaq, mülayim şərq küləyi əsəcək.

 

Havanın temperaturu gecə 9-14° isti, gündüz 24-29° isti, dağlarda gecə 0-5° isti, gündüz 12-17° isti olacaq.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR