Şabranda yanğınlar zamanı 5 nəfər xəsarət alıb

# 18:08
16 avqust 2022

 

Ötən gündən başlayaraq Şabran rayonu ərazisində baş verən yanğın hadisələri zamanı 5 nəfər xəsarət alıb. APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, onlardan ikisi yanğın baş verən verən kəndlərin sakinləri olub. Yanıq xəsarətləri alan kənd sakinləri Şabran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. 3 nəfər isə tüstüdən zəhərlənmə diaqnozu ilə tibb müəssisəsinə müraciət edib. Onların hamısı ilkin tibbi yardımdan sonra evə buraxılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR