Salyanlıların zibil qutusu şikayəti: Olmasa yaxşıdır

# 12:36
8 avqust 2022

Gördüyünüz bu camaat Salyan şəhəri Əlibəy Hüseynzadə küçəsinin sakinləridir. Yox, onlar nə zibil qutusunun yoxluğundan, nə də zibillərin yığılmamasından şikayət edir. Bu camaat zibil qutularının varlığından darlıq çəkir. Sakinlərin APA TV-nin yerli bürosuna verdiyi məlumata görə, küçədə zibil qutuları var. Amma elə yerdə qoyulub ki, olmasa ondan yaxşıdır. Sakinlər deyir ki, qutular düzgün yerləşdirilməyib. Qutular evlərə çox yaxın olduğundan qapı-pəncərəni açmaq açan kimi pis qoxular onun evinə dolur. İydən evdə oturmaq olmur. Məsələ ilə əlaqədar Salyan “Mənzil istismar təmir tikinti istehsal birliyi” MMC-yə müraciət etdik. Cəmiyyətin rəhbərliyini məhəlləyə dəvət etdik. Onlar da öz fikirlərini və arqumentlərini səsləndirdilər. Cəmiyyətdən isə bizə bildirdilər ki, zibil qutusuna yer tapılmamasının əsas səbəbi ərazidə artan və yeni tikilən fərdi yaşayış evləridir. Biz isə ümid edirik ki, məsələ öz müsbət həllini tapacaq, sakinləri narahat edən problem aradan qaldırılacaq. Necə deyərlər hər bir vətəndaşın sağlam və ekoloji təmiz mühitdə yaşamaq hüquq var.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR