Şamaxıda torpaq sürüşməsi bir neçə evin uçmasına səbəb oldu

# 12:32
31 mart 2023

Şamaxının Qaravəlli kənd sakinləri APA TV-yə müraciət edərək çətin vəziyyətlə üzləşdiklərini bildiriblər. Sakinlər yaşayış evlərin və həyətyanı sahələrin torpaq sürüşməsi nəticəsində yararsız hala düşdüyünü və bir neçə evin dağılaraq uçduğunu deyiblər.  

Kənd sakini  64 yaşlı Fənarə Nağıyeva deyir ki, zəlzələdən sonra qəzalı evlər bir qədər də yararsız hala düşüb. 

Torpaq  sürüşməsi səbəbindən həyətlərdə olan meyvə ağacları, bostan sahələri yararsız hala düşüb. Sakinlər deyir ki, hava bir balaca yağıntılı olanda qorxudan əsirlər ki, bu dəqiqə sürüşmə olacaq evləri, həyətləri uçub gedəcək.

Mövcud vəziyyətlə bağlı Şamaxı rayon icra hakimiyyətinin mövqeyi belə oldu: “Rayon ərazisində baş verən zəlzələdən başqa, bir də rayonumuzun  ərazisində çoxsaylı sürüşmə halları da mövcuddur. Bununla bağlı vətəndaşlar fərdi şəkildə də, eyni zamanda icra hakimiyyəti olaraq biz də müvafiq qurumlara müraciət etmişik. Qurumlar da  eyni şəkildə gəlib ərazilərə baxış keçiriblər müəyyən aktlar tərtib olunub. Bununla bağlı yəqin ki, yaxın vaxtlarda lazımı qərarların veriləcəyi gözlənilir.”

İndi sakinlərə veriləcək qərarı gözləmək qalır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR