Saxta balı təmiz baldan necə ayıraq? - YARMARKADAN REPORTAJ

# 17:56
20 oktyabr 2021

Kənd Təsərrüfatı Nazirliyinin və Azərbaycan Arıçılar Assosiasiyasının birgə təşkilatçılığı ilə bu gündən arıçılıq məhsullarının 21-ci Respublika Sərgi-Satış Yarmarkası fəaliyyətə başlayıb.

 

APA TV xəbər verir ki, satışa çıxarılan məhsullar laboratoriya şəraitində yoxlanılıb və  məhsullarının ümumi həcmi 120 tona yaxındır. Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vüqar Hüseynovun sözlərinə görə, ötən il pandemiya ilə əlaqədar bal yarmarkasının keçirilməməsi nəticəsində arıçılar məhsullarını satmaqda çətinlik çəkiblər. Bu səbəbdən bu il mövcud vəziyyət dəyərləndirilərək yarmarkanın keçirilməsinə qərar verilib: “Hər rayondan onlayn olaraq qeydiyyatdan keçmiş ilk 20 arıçıya yarmarkada iştirak hüququ verildi, onlara öz məhsullarını yarmarkada təqdim etmək üçün şərait yaradıldı. Məhsullar 10 gün bundan əvvəl gətirilib, xüsusi anbarlara yığılıb. Balın keyfiyyətini müəyyənləşdirmək üçün həmin məhsullardan laboratoriyada analizlər götürülüb. Bu gün yarmarkaya ən keyfiyyətli məhsullar çıxarılıb. Ümumilikdə yarmarkaya 18 gün ərzində 120 ton məhsulun çıxarılması gözlənilir”.

 

Qeyd edək ki, vətəndaşlar 7 noyabradək hər gün saat 09:00-dan 19:00-dək Bal yarmarkasına gələ, keyfiyyətli və qida təhlükəsizliyi göstəriciləri uyğun olan bal və arıçılıq məhsullarını əldə edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR