“Sədərək”ə gedən avtobuslar ləğv olunur?

# 17:40
8 avqust 2022

“Ölkənin ən iri ticarət mərkəzlərindən biri olan Sədərək ticarət mərkəzindəyik. Vətəndaşların çoxu alış-veriş bura üçün üz tutur, son zamanlar isə həm alıcılar, həm də satıcılar avtobusların azlığından, gec gəlmələrindən şikayət edir. bəs bura gəlmək alış-veriş etmək qədər asandırmı?” APA TV olaraq mövzu ilə bağlı şəhərdə sorğu keçirdik. Sakinlər deyir ki, saatlarla gözləyirik, nə qədər insan yığılır və normal olaraq adam çoxalır və sıxlıq olur, çox pis vəziyyətdə gəlirik. Onların sözlərinə görə avtobus kifayət eləmir. Vətəndaşların şikayətlərini dinlədikcə insanların necə əziyyət çəkdiyinin bir daha şahidi oldum. Məsələ ilə bağlı Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirdi ki, Sədərək Ticarət Mərkəzi istiqamətində 8 müntəzəm marşrut xətti üzrə (120, 126, 130, 174, 176, 164, 206 və 211) 70-dən artıq orta və iritutumlu avtobuslar fəaliyyət göstərir. Bu marşrut xətləri üzrə avtobuslar Sədərək Ticarət Mərkəzini Bayıl qəsəbəsi 20-ci sahə, Lökbatan, Biləcəri, Binəqədi, Xırdalan, Yasamal yaşayış sahələri, eləcə də metronun “20 Yanvar”, “Elmlər Akademiyası”, “Avtovağzal” və “Gənclik” stansiyaları ilə birbaşa əlaqələndirir. Həmçinin Agentlik tərəfindən Sədərək ticarət mərkəzinə yeni 194 nömrəli marşrut təşkil edilib: “Bütün digər, o cümlədən Sədərək ticarət mərkəzi istiqamətində də müntəzəm marşrut xətləri üzrə gündəlik reysə çıxan avtobus sayı sərnişin tələbatına uyğun tənzimlənir. “Bakubus” MMC-nin istismarında olan 211 nömrəli müntəzəm marşrut xətti üzrə adi rejimdə 15-16 avtobus fəaliyyət göstərirdisə, hazırda sərnişin tələbatının azaldığı nəzərə alınmaqla daşımalara 10-11 avtobus cəlb edilir”. Nəqliyyat eksperti Elməddin Muradlı isə aidiyyəti qurumların dedikləri ilə razılaşmır. Onun sözlərinə görə, problemin kökü avtobus qıtlığı ilə bağlıdır. Bu məsələnin arxasında isə tamam başqa səbəblər var. “Yanacağın qiyməti bahalaşandan sonra dövlət tərəfindən köməklik göstərilməsi nəzərdə tutlusa da, bu müəyyən səbəbdən həyata keçirilmir. çünki, daşıyıcı şirkətlər rəsmi əməkdaşlıq formasında fəaliyyət göstərmir. Yəni sürücülər bir növ qeyri-qanuni fəaliyyət göstərirlər. ona görə onlar həmin yardımı ala bilmirlər dövlətdən. Onlar hansısa formada qənaət etməyə keçiblər. belə ki, avtobusa xətti az buraxırlar. Məsələn bir marşrut xətti üzrə 15 avtobus nəzərdə tutulursa, xəttə onun yarısını çıxarırlar.” Ekspert qeyd edir ki, şirkətlərə avtobus alınması tapşırılsa da, onların balansında kifayət qədər məbləğin olmaması, avtobusların qiymətlərinin baha olması şirkətləri avtobusların sayını azaltmağa sövq edir. Nəticədə də sərnişinlər saatlarla dayanacaqlarda gözləməli olurlar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR