Şəhid ailələri və qazilərimiz, onların ailə üzvlərinə pulsuz tibbi xidmət göstərildi - AĞSTAFADA

# 17:21
19 iyun 2021

Ağstafada şəhid ailələri və qazilərimiz, onların ailə üzvlərinə pulsuz tibbi xidmət göstərilib.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, Aksiya Ombudsman Səbinə Əliyevanın təşəbbüsü “Egis pharmaceuticals PLC” şirkətinin dəstəyi ilə həyata keçirilib. Tibbi xidmət göstərəcək həkim briqadasının tərkibində uşaq həkimi, psixiatr, endokrinoloq, nevroloq və digər həkimlər var.

 

Səhər saatlarından başlayan aksiyaya yüzlərlə vətəndaş müraciət edib.

 

Tibbi yoxlama zamanı pasiyentlər keçirdikləri narahatçılığa görə ixtisaslı və peşəkar həkim komandasının müayinələrindən və gələcəkdə bu qəbildən aparılacaq müalicələr üçün verilən dərman preparatlarından razı qalıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR