Şəhid ərini çiyinlərində son mənzilə yola salan Nargül ev verildi

# 19:26
21 aprel 2021

Yəqin ki, bu şəkil sosial şəbəkə istifadəçilərinin çoxuna tanışdır. 44 günlük Vətən Müharibəsində qardaşı da şəhid olan Nargül İbrahimova həyat yoldaşı, şəhid Adil İbrahimovu öz çiyinlərində son mənzilə yola salır. Gənc qadın ard-arda üzləşdiyi ağır itkilərə baxmayaraq məğrur duruşu ilə Azərbaycan qadınının yüksək mənəviyyatını və sarsılmaz iradəsini bir daha nümayiş etdirdi. Hazırda Nargül İbrahimova Şəhid ailəsi kimi dövlət proqramında nəzərdə tutulan diqqət və qayğı ilə əhatə olunub.

APA TV xəbər verir ki, bu gün isə ailəyə Sabunçu rayonu Ramana qəsəbəsində yeni mənzil təqdim edilib.

Nargülün anası Sonra xanım da onlara göstərilən dövlət qayğısından razıdır: “Allah dövlətimizdən razı olsun. Bizi evsiz qoymadılar. Bu gün bizə 3 otaqlı mənzil verdilər. Allah bayrağımızı daim uca eləsin. Bəli qızımın həyat yoldaşı Adil İbrahimli Vətən yolunda şirin canından keçib. Vətən Müharibəsi qəhrəmanı adı verilib, həm də oğlum Elton Qəmbərli şəhiddir. Mən ikitərəfli şəhid anasıyam, Allah bütün şəhid analarına səbr versin. Allah qazilərimizə şəfa versin. Dövlətimizə bundan sonra sülh, əmin-amanlıq bəxş eləsin”.

Qeyd edək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən Sabunçu rayonu, Ramana qəsəbəsində bu gün daha 40 şəhid ailəsi və Qarabağ müharibəsi əlilinə mənzillər verilib. Ümumilikdə 2021-ci il üzrə 300 şəhid ailəsi və Qarabağ müharibəsi əlili mənzillə təmin olunub. İl ərzində 3 minədək mənzilin təqdim olunacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR