Şəhid övladı: “Şuşaya atamın arzuları çatdı”

# 11:12
2 oktyabr 2021

Azərbaycan Silahlı Qüvvələrinin leytenantı, Vətən müharibəsinin şəhidi Teymur Abbasovun oğlu Feyruz Abbasovla Şuşa şəhərinin tarixi mərkəzini əhatə edən qalada görüşdük.

 

- Feyruz necəsən?

 

- Çox , çox yaxşıyam Sevinc xanım. Bilirsiniz indi hiss elədim ki, itirdiyimiz torpaqlardayıq və bura ayaq basmışıq artıq.

 

Şuşa sənin üçün nəyi ifadə edir?

 

- Şuşa mənim üçün vətəni ifadə edir. Çünki torpaqlarımızı qaytarmaq o qədər də asan iş deyildi. Mən bura gələndə elə bildim ata ilə gəlirəm. Bura anam və qardaşımla gəlmişəm. Onlar da mənimlə eyni fikirdədirlər. Ata sağ olsa onunla da gələcəkdik. Çünki atanın məqsədi o idi. Nə yazıq ki, özü çata bilmədi...Arzuları çatdı.

 

- Feyruz burda eşitdik ki, sənin həmdə yaxşı səsin var? Bizim üçün nəyi ifa edə bilərsən?

 

- Əslində səsim var, amma musiqi təhsili almıram, bütün günü evdə oxuyuram. Arada hekayə də yazıram, hələ musiqi təhsilinə vaxtım yoxdur. Burdan qayıdan da Şuşa haqqında düşüncələrimi yazacam. Şuşa haqqında yazacam ki, Şuşanı gördüm, bir də yazacam ki, mən də atam kimi hərbçi olacam.

 

İndi nə qərar verək? İfa olacaq?

 

- Oxuyuram oxumağına amma bir az utancağam axı. Mən hər yerdə oxumuram. İstəyirəm hərdən müğənni olum, sonra deyirəm yox! Axı hərbçi olacam, hərbidə qalacam. Müğənnilik etmərəm.

 

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR