Şəhid övladları üçün yay düşərgəsi təşkil olundu
Qubada Vətən Müharibəsi şəhidlərinin övladları üçün yay düşərgəsi təşkil olunub. APA TV-nin yerli bürosunun verdiyi xəbərə görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən təşkil olunan düşərgə iki mərhələdən ibarətdir. Layihənin hər mərhələsində uşaqlardan və valideynlərdən ibarət 70 nəfərin Qubaya 5 günlük yay istirahət düşərgəsinə göndərilməsi nəzərdə tutulub. İlk qrup düşərgənin 4-cü günündə peşəkar təlimçilərin təşkil etdiyi “Ebru” və “Mini Survivor” təlimində iştirak ediblər. Sonra intellektual və əyləncəli oyunlarda özlərini sınayan iştirakçılar üçün açıq havada mini-futbol yarışı, eləcə də hovuzda su idman oyunları təşkil edilib. Peşəkar psixoloqun yardımına ehtiyacı olan uşaqlara “Hislərin (emosiyaların) dünyası” adlı təlim keçilib. Qubada həyata keçirilən layihə ölkəmizin müxtəlif bölgələri üzrə 100-dək şəhid övladını əhatə edir.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
