Şəhid və qazi ailələri bu vergilərdən azad olunur
44 günlük Vətən Müharibəsində şəhid olan hərbçilərin ailə üzvlərinin, müharibə iştirakçılarının sosial durumunun yaxşılaşdırılması istiqamətində məqsədyönlü addımlar atılır. Növbəti belə bir addım yeni vergi güzəştlərinin tətbiqi ilə bağlıdır.
Yəni söhbət bu kateqoriyadan olan şəxslərə vergi güzəştinin iki dəfə artırılmasından gedir. Yeni qaydalar Vergi Məcəlləsinə edilən dəyişiklikdə əksini tapıb.
Güzəştlərin mahiyyəti barədə danışan Millət vəkili Vüqar Bayramov bildirdi ki, 2022-ci ildə şəhid ailələri və qazilərə edilən bu kimi güzəştlər daha da artırılacaq: “Şəhid ailələrinə, o cümlədən qazilərimizə ödənilən maddi yardımın 20 min manatadək olan hissəsi vergidən azad olunur. Belə ki, şəhid ailələri və qazilərimiz özəl sektordan maddi yardım alırsa, həmin vəsaitlər vergiyə cəlb edilməyəcək. 20 min manatadək olan hissə vergidən azad ediləcək. Digər mühüm güzəştlərdən biri bank kreditlərinin silinməsi nəticəsində yaranana gəlirin vergidən azad edilməsi ilə bağlıdır. Digər mühüm güzəştlərdən biri də bank kreditlərinin silinməsi nəticəsində yaranan gəlirin vergidən azad edilməsi ilə bağlıdır. Atıq gələn ildən etibarən məbləğindən asılı olmayaraq vergiyə cəlb edilməyəcək. Bu ondan xəbər verir ki, Azərbaycan üçün şəhid ailələri və qazilərimizə dövlət dəstəyinin edilməsi əsas prioritetlərdəndir”.
Ümumiyyətlə Parlamentdə hər hansı bir qərarın qəbul edilməsi əhalinin sosial təbəqəsi nəzərə alınmaqla həyata keçirilir. Millət vəkili Arzu Nağıyev belə deyir: “Şəhidlərin ailə üzvlərinə və qazilərə verilən 10 min manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulub. Müalicə haqları, cərrahiyyə əməliyyatları ilə bağlı, birdəfəlik müavinətin dəyərinin 40 min manatadək olan hissəsi gəlir vergisindən azad olunması ilə bağlı qərar qəbul edilib. Yeni tikilən mənzillərdə evlə təmin olunmaları və digər bu kimi güzəştlərlə bağlı həssas təbəqə birmənalı şəkildə nəzərə alınır”.
Xatırladaq ki, Vergi Məcəlləsinə təklif edilən dəyişikliyə görə, Vətən müharibəsində şəhid olan şəxslərin ailə üzvlərinə və hərbi əməliyyatlar nəticəsində əlilliyi müəyyən olan hərbi qulluqçulara və mülki şəxslərə verilən maddi yardımın 20 min manatadək olan hissəsinin gəlir vergisindən azad olunması nəzərdə tutulur. İndiyə qədər bu məbləğ 10 min manat idi.
Aytən Sakitqızı
APA TV
DİGƏR XƏBƏRLƏR

Şarl Mişel Prezident İlham Əliyevə zəng etdi

Avropada yaşayan azərbaycanlılar Brüsseldə İrana qarşı etiraz aksiyasi keçirir

Ordumuz ermənilərin səngər qazmasının qarşısını aldı
