Şəkidə 7 otaqlı ev yandı
Şəkidə 7 otaqlı fərdi yaşayış evi yanıb.
Bu gün səhər saatlarında rayonun Baş Kəldək kəndində, kənd sakini Abduləziz Abdulqədir oğlu Süleymanova məxsus, ümumi sahəsi 280 kv/m olan ikimərtəbəli 7 otaqdan ibarət fərdi yaşayış evində yanğın baş verib.
Yanğının söndürülməsi üçün əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki və Oğuz rayonlarının Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyətləri cəlb edilib.
Yanğın nəticəsində evin yanar konstruksiyaları içərisində olan ev əşyaları ilə birlikdə yanıb. Yaxınlıqdakı digər yaşayış evi yanğından mühafizə edilib. Yanğın zamanı xəsarət alan olmayıb.
Hadisə barədə FHN də məlumat yayıb.
Faktla bağlı araşdırma aparılır.
DİGƏR XƏBƏRLƏR

Tikintisinə rəy verilmədi, amma pul verildi - Məşhur keçidi kim tikmişdi, kim sökür?

Lənkəran sakini həyətyanı sahəsində bambuk yetişdirir

Putinin köməkçisi MDB-də rəngli inqilabların olacağını deyir
