Şəkidə zəhərlənən yüzlərlə sakindən NƏ XƏBƏR?

# 15:48
20 iyul 2022

Son günlər Şəkinin Yeni Çələbixan qəsəbəsində əhali arasında yayılan və hələki mənşəyi məlum olmayan xəstəliklə bağlı xəstəxanaya olunun müraciətlərin sayı azalıb.

 

Şəki Rayon Mərkəzi Xəstəxanasından APA TV-nin yerli bürosuna verilən məlumata görə, bu gün günün birinci yarısında ürək bulanma, qusma, qızdırma və ishal əlamətləri ilə 6 nəfər müraciət edib. Müraciət edənlərdən 3-ü Yeni Çələbixan sakini, digər 3-ü isə Şəki şəhər sakinləridir. Onlara lazımi tibbi yardım göstərilib, vəziyyətləri qənaətbəxş olduğu üçün evə buraxılıblar. Son üç gün ərazində xəstəxanaya müraciət edən şəxslər arasında ağırlaşma halı qeydə alınmayıb.

 

DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupunun baş inspektoru, polis baş leytenantı Mahir Məsimov isə sakinlər arasında yayılan bu əlamətlərin səbəbinin götürülən analizlərin cavabından sonra tam məlum olacağını bildirir. Hazırda isə faktla bağlı araşdırma aparılır.

 

Sakinlərin sudan zəhərlənməsi ilə bağlı deyilənlərə gəlincə isə, “Azərsu” ASC-nin Oğuz rayonunda yerləşən 6 saylı Regional Fiziki, Kimyəvi və Baktoroloji laboratoriyasının əməkdaşı Vilhət Məmmədov bunun mümkünsüz olduğunu bildirir.

 

Yeri gəlmişkən xatırladaq ki, son günlər Şəkidə məcburi köçkünlərin məskunlaşdığı Yeni Çələbixan qəsəbəsində yüzlərlə şəxs qusma, ürək bulanma və ishal əlamətləri ilə xəstəxanalara müraciət edib.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR