Şəkidəki məktəbdə şagirdlərə ilanlarla birlikdə dərs keçilir

# 19:00
8 dekabr 2022

Şəkinin Şirinbulaq kənd ümumi orta məktəbi qəzalı vəziyyətdədir. Məktəb binası 50 il əvvəl, ötən əsrin 70-ci illərində tikilib istifadəyə verib. Bina istifadəyə verildiyi gündən bu günə kimi bir dəfə də əsaslı təmir olunmayıb. Tavan sökülüb, döşəmələr çürüyüb, qırılıb.

 

Məktəbdəki vəziyyətə görə uşaqlarının sağlamlığı üçün narahat olan valideynlər onları məktəbə göndərmək istəmirlər.

 

110 şagird yerlik məktəbdə hazırda 95 şagird təhsil alır. Şagirdlər də, müəllimlər də məktəb binasının qəzalı vəziyyətdə olmasından narahat olduqlarını bildirirlər.

 

Məktəbin direktoru da vəziyyətin ürəkaçan olmadığını etiraf edir. Onun bildirdiyinə görə, aidiyyəti üzrə məlumat verilib, lakin hələ ki bir tədbir görülməyib. Tədris ocağının binası hər ötən gün daha da pis vəziyyətə düşür.

 

Şəki  Regional Təhsil İdarəsinin əməkdaşı Mahal Məmmədov şifahi olaraq bildirdi ki, məktəblərin tikinti və təmir işləri növbəlilik əsasında aparılır. Onun sözlərinə görə, adı çəkilən məktəb binasının növbəti ildə təmir edilməsi nəzərdə tutulub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR