Şəmkirdə dönərdən kütləvi zəhərlənmə - TƏFƏRRÜATLAR

# 17:01
9 iyun 2022

Şəmkirdə dönərdən kütləvi zəhərlənmə faktı qeydə alınıb.

 

APA TV-nin yerli bürosunun xəbərinə görə, zəhərlənmə rayonun İsrafil Məmmədov küçəsində yerləşən “Hicaz” dönər evində qeydə alınıb. 9 nəfər xəstəxanalıq olub. İlkin iddiaya əsasən sözügedən dönərxanada dönər yeyən şəxslər sonradan özlərini pis hiss ediblər. Onlar təcili olaraq Şəmkir rayon Mərkəzi Xəstəxanasının Yoluxucu Xəstəliklər Şöbəsinə yerləşdirilib. Zəhərlənənlər arasında azyaşlılar da var.

 

Lakin hadisə baş verən dönbərxanada heç kim faktı təsdiqləmədi.

 

Çəkiliş apardığımız zaman Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşlarının sözügedən dönərxanada yoxlamalar apardığının şahidi olduq. Sahibkar  inkar etsə də rəsmilərin monitorinqi bir daha sübut etdi ki, zəhərlənmə faktı elə “Hicaz” Dönər evində qeydə alınıb.

 

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən Şəmkirdə qida zəhərlənməsi şübhəsi ilə bağlı yayılan iddialara münasibət bildirilib.

 

Qeyd edək ki, zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilən şəxslər – 29 yaşlı Rzayev Cəfər Elman oğlu, 23 yaşlı Hüseynov Təbriz Elbəyi oğlu, 11 yaşlı Əliyeva Nəzrin Natiq qızı, 9 yaşlı Əlizadə Tamella Orxan qızı, 7 yaşlı Əlizadə Zəhra Orxan qızı,  4 yaşlı  İlyasova Nərminə Vüsal qızı,  iki yaşlı İlyasova Nihan Vüsal qızı və təvəllüdləri hələ ki, dəqiqləşdirilməyən iki nəfər -  Qafarov Nurlan Mədət oğlu, Vəliyev Qəzənfər Baba oğludur. Bu şəxslərin  bəziləri bir ailənin üzvləridir. Hazırda onların vəziyyəti orta-ağırdır, müalicələri davam edir.

 

Fuad Nazimoğlu,  APA TV, Şəmkir

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR