Şəmkirdə maşın piyadanı vuraraq öldürüb

# 13:05
17 sentyabr 2022

Şəmkirdə piyadanın ölümü ilə nəticələn yol qəzası baş verib.

 

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistral yolunun rayonun ərazisindən keçən hissəsində qeydə alınıb.

 

Hərəkətdə olan avtomobil yol keçmək istəyən 39 yaşlı Ruslan Əsgərovu vurub.

 

Piyada xəstəxanaya aparılsa da onun öldüyü məlum olub. Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu, Mehdi Məmmədov, APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR