Şəmkirdə maşın qadını vuraraq öldürüb

# 19:48
9 yanvar 2023

Şəmkirdə piyadanı avtomobil vurub.

 

Hadisə Bakı-Qazax magistral yolunun rayon ərazisindən keçən hissəsində qeydə alınıb.  Elməddin Məmmədovun idarə etdiyi “Mercedes” markalı avtomobil Şəmkir rayon sakini Nəzirə Qasımovanı yolu keçmək istəyən zaman vurub. Piyada hadisə yerində dünyasını dəyişib. Məlumatla əlaqədar yol polisi dərhal hadisə yerinə gedib, müvafiq araşdırmalar həyata keçirib.

 

Faktla bağlı araşdırmalar davam etdirilir

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR