Şəmkirdə mədə - bağırsaq pozuntusundan şikayət edənlərin sayı kəskin artıb
Şəmkirdə bir müddətdir ki, əhali arasında mədə-bağırsaq pozuntusu şikayəti ilə həkimə müraciət edənlərin sayı kəskin artıb. Rayon mərkəzi xəsətəxanasından biliriblər ki, təxminən 2 ay əvvəl azyaşlılarda müşahidə olunmağa başlayan şikayətlərlə daha sonra böyüklər də həkimə üz tutublar. Əsasən qusma, ishal, halsızlıq, yüksək hərarət və başağrısı əlamətləri ilə müşayiət olunan xəstəliyin müalicəsi 3-4 gün çəkir. İlk gün xəstəxanada stasionar həkim yardımı göstərilən xəstələr daha sonra müalicəni ambulator qaydada evdə davam etdirirlər. Həkimlər əhalini yay aylarında ehtiyatlı olmağa çağırır. Fuad Nazimoğlu APA TV Şəmkir
DİGƏR XƏBƏRLƏR

Tək yaşayan yeniyetmə hazırlıq müəllimi axtardı, ona kimlər dəstək oldu? – APA TV

Hələ məktəbdə oxuyur, “Ağıllı aptek” düzəldib

Gözəllik salonunda “patı” və saxta dollarlar tapıldı
