SEPAH 6 yaşlı uşağı kor etdi

# 12:03
1 dekabr 2022

İranda hökumət qüvvələri etirazçılara qarşı amansız hərəkətlər etməkdə davam edir.

 

Bu barədə Lent.az "MOUZE" teleqram kanalına istinadən məlumat yayıb. Bildirilir ki, SEPAH terrorçularının daha bir dəhşəti İsfahanda yaşanıb. Bu dəfə onların hədəfi azyaşlı qız olub.

 

SEPAH qüvvələri İsfahanda evinin eyvanında oynayan 6 yaşlı Bita Kiyaniyə atəş açıblar. Nəticədə qızcığaz bir gözünü itirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR