Şərəf Malkoç: "Raketlərlə mülki şəhərləri vuran Ermənistan mütləq cəzalanmalıdır”

# 17:04
15 sentyabr 2021

“Biz Ağdama, Tərtərə, Şuşaya və ətraf rayonlara səfər edəcəyik".

 

APA TV-nin  məlumatına görə, bunu İslam Əməkdaşlıq Təşkilatı (İƏT) Ombudsmanlar Assosiasiyasının prezidenti, Türkiyənin Baş Ombudsmanı Şərəf Malkoç jurnalistlərə açıqlamasında deyib.

 

O bildirib ki, səfər zamanı ermənilərin, erməni rəsmilərinin xüsusilə tarixi miras üzərində həyata keçirdikləri təxribatlar görünəcək: "Ermənilər azad olunmuş ərazilərin böyük bir hissəsini minalayıblar. Amma təəssüflər olsun ki, onlar mina xəritələrini Azərbaycana vermədilər. Biz xüsusilə mina xəritələrinin verilməsi, həmin ərazilərdə insanların həlak olmaması üçün çalışacağıq. Ümid edirik ki, İƏT-in hesabatı hazır olduqdan sonra təsiri olacaq. Bu hesabatı da BMT-yə və beynəlxalq insan hüquqları ilə məşğul olan qurumlara göndərəcəyik".

 

Şərəf Malkoçoğlu həmçinin raket hücumları ilə mülki şəhərləri hədəf alan Ermənistanın mütləq cəzalanmalı olduğunu bildirib. Türkiyəli obusdman Azərbaycan səfəri zamanı  azad olunmuş ərazilərdə mədəni abidələrin araşdırılacağını, həmin ərazilərdəki minalarla bağlı vəziyyətə baxış keçiriləcəyini vurğulayıb: “Keçən il müharibə vaxtı Azərbaycana səfər zamanı Gəncə, Ağdam, Mingəçevir və Tərtərdəki vəziyyətlə tanış olduq. Ermənistandan atılan raketlər nəticəsində həyatını itirən azərbaycanlı qardaşlarımızın məzarlarını ziyarət edib, yaxınları ilə görüşdük. İƏT olaraq hesabat hazırladıq. Bu hesabatı Türkiyə və Azərbaycanda müvafiq qurumlara təqdim etdik. Həmçinin BMT-yə və Beynəlxalq İnsan Haqları Məhkəməsinə göndərdik”.

 

Türkiyəli obusdman Ermənistanın müharibə qaydalarını kobud şəkildə pozduğunu,  kənar ərazilərdən mülki yaşayış məntəqələrinə raket atəşi açaraq müharibə cinayəti törətdiyini də diqqətə çatdırıb. Qeyd edib ki, belə hadisələrin təkrarlanmaması üçün  Ermənistan mütləq cəzalandırılmalıdır.

 

 

 

Xələf Xələfov

Samir Qaragözov

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR