Sərxoş vəziyyətdə maşını ağaca ÇIRPDI - ÖLDÜ

# 17:59
2 iyul 2022

Şəmkirdə ölümlə nəticələn ağır yol-nəqliyyat hadisəsinin bəzi təfərrüatları məlum olub.

 

APA TV - in yerli bürosunun məlumatına görə, qəzada ölən "VAZ-2107" markalı minik avtomobilinin sürücüsü, 60 yaşlı Şəmkir rayon sakini Söhrab Qasımov həmin vaxtı ağır dərəcəli sərxoş olub. İlkin məlumata görə, sürücü sərxoş halda avtomobili idarə edən zaman idarəetməni itirib. Nəticədə avtomobil yoldan çıxaraq yol kənarında ağaca çırpılıb. Sürücü hadisə yerində ölüb.

 

Dərhal hadisə yerinə FHN-nin müvafiq xilasetmə qüvvələri cəlb olunub. Onlar sürücünün avtomobildə sıxılı vəziyyətdə qalan meyitini çıxararaq təhvil veriblər.

 

Faktla bağlı araşdırma aparılır.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR