Səudiyyə Ərəbistanı Ümrə ziyarətinə məhdudiyyət qoydu - Hər kəs bir dəfə gedə biləcək

# 12:36
29 mart 2023

Səudiyyə Ərəbistanı Ramazan ayında Ümrə ziyarəti ilə bağlı məhdudiyyət tətbiq edib.

Bu barədə Səudiyyə Ərəbistanı Həcc və Ümrə Nazirliyinin açıqlama yayıb.

Açıqlamada Ramazan ayında hər kəsə yalnız bir dəfə Ümrə ziyarətinə icazə veriləcəyi bildirilib.

Qərar Ramazanda Ümrəyə getmək istəyən hər kəsə rahatlıq təmin etmək və daha çox insanın ziyarətinə şərait yaratmaq məqsədilə qəbul edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR