Səudiyyə Ərəbistanının Kralı Prezident İlham Əliyevi təbrik edib
İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Al Səud Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.
APA xəbər verir ki, məktubda deyilir:
“Əs-səlamu əleykum və rəhmətullahi və bərəkətuhu.
Ölkənizin milli bayramı - Müstəqillik Günü münasibətilə Zati-alinizə ən səmimi təbriklərimizi çatdırırıq. Sizə möhkəm cansağlığı və xoşbəxtlik, qardaş Azərbaycan Respublikasının hökumətinə və xalqına davamlı inkişaf və tərəqqi arzu edirik”
DİGƏR XƏBƏRLƏR

Ürəyiniz əsirsə, nəfəsiniz daralırsa, bu xəstəliyə tutulmusunuz

Bakıda gənc qız şəkilləri ilə şantaj edildi

Gədəbəydə həqiqətən cənnət kimi kənd satılır? - Evin biri 2 minə?
