Şimal bölgəsində qan donduran soyuq - TEMPERATUR 20 DƏRƏCƏ ENDİ

# 12:06
21 yanvar 2022

Şimal bölgəsində mənfi 20 dərəcə temperatur qeydə alınıb.

 

APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Qubanın Qrız kəndində qarın hündürlüyü 19 sm, havanın temperaturu isə mənfi 20 dərəcə olub. Rayonun Xaltan kəndində qarın hündürlüyü 15 sm, havanın temperaturu isə mənfi 12,6 dərəcəyədək enib. Qubanın rayon mərkəzində də 20 sm qar yağıb, mənfi 5,6 dərəcə şaxta qeydə alınıb.

 

Xızının Altıağac qəsəbəsində isə 16 sm qar yağıb, havanın temperaturu mənfi 9,6, Qusarda isə 4 sm qar, mənfi  8,8, Şabranda isə 3 sm qar,  mənfi 1,7  dərəcə isə şaxta qeydə alınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR