Şirvanda 3 min sakin 3 ildir öz evində soyuqdan donur

# 14:14
7 dekabr 2022

Şirvanda məcburi köçkün ailələrinin yaşadığı yeni yaşayış qəsəbəsində sakinlər istilik sistemi ilə bağlı problemlərdən şikayətçidir.

Vətəndaşların bildirir ki, qaz və su təchizatı olsa da qəsəbənin istilik sistemini təmin edən mərkəzi qazanxananın fəaliyyətsizliyi ucbatından 3 ildir ki, qış gələn kimi evlərimizdə soyuqdan donuruq. Mənzillər bir yana, nə məktəbin, nə də uşaq bağçasının istiliyi var.

Sakinlər deyir ki, heç bilmirik kim kimə borcludur, amma əziyyəti biz çəkirik. Hansı qurumun qapısını döyürük, deyir ki, biz cavabdeh deyilik.

Məsələ ilə əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə müraciət etdik. Komitənin ictimaiyyət və mətbuat xidməti departamentinin direktoru İbarahim Mirzəyevlə bildirdi ki, Şirvanda istifadəyə verilmiş yaşayış kompleksində qurulmuş qazanxanaların istismara hazırlıq aktı “Azəristilik təchizar” və digər qurumların nümayəndələri tərəfindən imzalanıb. Dövlət komitəsinin müraciətlərinə baxmayaraq qazanxanalar müvafiq qaydada balansa götürülməyib.

"Azəristiliktəchizat" AS cəmiyyəti ilə əlaqə saxladıq. Qurumdan bildirildi ki, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin balansında olan qazanxanaların “Azəristiliktəchizat” ASC-nin balansına verilməsi gündəmdə deyil, qazanxanalar mülkiyyətçinin öz balansında qalmaqla qanunvericiliklə nəzərdə tutulmuş qaydada xidmət müqavilələri əsasında istismar edilə bilər.

​Qurumdan o da bildirildi ki, Xidmət müqavilələri nəinki "Azəristiliktəchizat" ASC, bu sahədə fəaliyyət göstərən digər ixtisaslaşdırılmış dövlət və ya özəl təşkilatlarla da bağlanıla bilər.

Qeyd edək ki, qəsəbədə 3 minə qədər sakin yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR