Şirvanda avtomobil piyadaları vurdu

# 13:37
6 yanvar 2022

Şirvanda "NİVA" markalı avtomobil piyadaları vurub.

APA TV-nin Mil-Muğan bürosunun məlumatına görə, hadisə Salyan-Şirvan yolunun Şirvan şəhəri köhnə şəhər massivindən keçən hissəsində qeydə alınıb.  Şirvan sakini, 1999-cu il təvəllüdlü Əsgərov Murad Orxan oğlunun dumanlı hava şəraitində  idarə etdiyi “Niva” markalı 99 PG 988 dövlət nömrə nişanlı avtomobillə yol kənarında dayanan piyadaları vurub. Qəza nəticəsində hadisə yerində olan Şirvan sakini, 1954-cü il təvəllüdlü Hüseynov Vaqif Sarxan oğlu ölüb,  Sabirabad sakini, 1980-ci il təvəllüdlü Mehdiyev Samir Ağabəy oğlu və  Şirvan sakini 1969-cu il təvəllüdlü Xudiyev Vaqif Qardaşəli oğlu Şirvan şəhər xəstəxanasına yerləşdirilib. Qəza zamanı hadisənin şokunu yaşayan sürcü də xəstəxanaya yerləşdirilib.

Faktla bağlı Şirvan polis şöbəsində araşdırma aparılır.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR