Şirvanda narkotik satan şəxs saxlanılıb

# 13:25
27 fevral 2022

Şirvan Şəhər Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində şəhər ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaqda şübhəli bilinən şəxs saxlanılıb.

APA TV-nin Mil-Muğan bürosunun verdiyi məlumata görə, şöbə əməkdaşları tərəfindən keçirilən tədbirlərlə şəhər sakini, əvvəllər də narkotiklərə görə məhkum olunmuş Namiq Zeynalov şübhəli şəxs qismində saxlanılıb. Onun üzərinə keçirilən baxış zamanı 30 qramdan artıq narkotik maddə olan tiryək, yaşadığı ünvandan isə 205 qram psixotrop maddə metamfetamin və təmiz çəkisi 1 kiloqram 200 qram tiryək aşkarlanaraq maddi sübut kimi götürülüb. 

Faktla bağlı Şirvan ŞPŞ-də cinayət işi başlanılıb, araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR