“Sizin bazar” məhsulları sizə özəl endirimli qiymətlərlə təklif edir

# 22:48
24 oktyabr 2021

 “Payız aylarını yaşayırıq. Bu isə o deməkdir ki, mövsümü meyvələr artıq satışa çıxarılıb. Elə  Bakı Sumqayıt şosesində Saray qəsəbəsi ərazisindən keçən hissəsində fəaliyyətə başlayan “Sizin bazar”da bu həftə də mövsümü meyvələrə endirim kompaniyası davam edir. Bazarın yarmarkasında mandarini 1 manata, Quba almasını 0.70 qəpik, gülöyşə narı isə 0.60 qəpikdən ala bilərsiniz”.  

 “Bu piştaxtada hər həftə sonu xüsusi endirim kompaniyalarımız olur. Hansı ki, həmin kompaniyaya düşən məhsullar maya dəyərindən ucuz təqdim edilir. Alma, armud və digər mövsüm meyvələrin qiymətində ucuzlaşma var.

 “Sizin Bazar” daha bir yeniliyə də imza atıb. Belə ki, bazara gələn hər bir müştəri burada xüsusi qablaşdırılmış səbətlərdə meyvə və çərəzləri ala bilərlər. Daha ətraflı Afərim xanımdan öyrənək.

Bəli Sizin bazarda meyvələr və çərəzlər xüsusi qablaşdırılmış səbətlərdə satılır. Hansı ki, həmin məhsulları həm evə, ofisə sifariş edə bilərsiniz. Xüsusilə də müştərilər istədikləri dizaynda sifarişlər verə bilər”.

Bazara gələn şirniyyat sevərlər burada istədikləri çeşid tortlar, bulkalar, şəkərbura və paxlavaları ucuz qiymətə tək-tək və ya kilo ilə ala bilərlər. “Gəncə təndir” brendirinin istehsalı olan təndir çörəyi və təndir məhsulları müştərilər üçün ən ucuz qiymətə burada təklif olunur. Müştərini məmnun edən digər bir məsələ isə həmin çörəklərin harada necə bişirilməsini öz gözləri ilə görmələridir.

Elə alıcılar da “Sizin bazar” meyvə bazarını bir yenilik hesab edirlər. Keyfiyyətdən və qiymətlərdən razı qaldıqlarını deyirlər.

 “Hər zaman alıcıları bir sual maraqlandırır. Sizin bazarda qiymətlər niyə bu qədər ucuzdur?

Çünki Sizin bazar  məhsulları birbaşa fermerlərin özündən alıb gətirir. Baxın burda birbaşa kənddən gələn məhsullar satışdadır. Qatıq, süd, yaz məhsullarını daha ucuz ala bilərsiniz. Burada pendir  çeşidləri – İsmayıllı, Qəbələ pendirləri var satışda daha ucuz və təbii məhsullardır”.

 

Bazara gələn alıcıların rahatlığı da burada tam təmin olunub. Bu məqsədlə ayrıca 200 yerlik avtomobil dayanacağı da ayrılıb.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR