SOCAR-dakı kadr dəyişikliyi “Azəriqaz”a necə təsir edəcək?

# 17:13
11 fevral 2022

“Qazlaşdırma işlərinin aparılması ilə bağlı SOCAR tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin 2022-ci il planı artıq təsdiq olunub”.


APA TV-nin xəbərinə görə, bunu "Azəriqaz" İB-nin baş direktoru Ruslan Əliyev "Açıq qapı" aksiyası çərçivəsində SOCAR-dakı kadr dəyişikliyinin "Azəriqaz"a necə təsir edəcəyi barədə jurnalistlərin suallarını cavablandırarkən deyib: ”Bizim əsas funksiyamız var. Əhalini fasiləsiz qazla təmin etmək. Qazlaşdırma işlərinin aparılması ilə bağlı SOCAR tərəfindən "Azəriqaz" İstehsalat Birliyinin 2022-ci il planı artıq təsdiq olunub. O planla həm yanvar ayındakı işlər yekunlaşıb, həm də fevralda işlər aparılır. Hər iki rəhbərə yeni işində uğurlar arzu edirik”.


Qeyd edək ki, "Azəriqaz" İstehsalat Birliyi Azərbaycan Dövlət Neft Şirkətinin balansındakı qurumlardan biridir.


Semral Cavad,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR