SON DƏQİQƏ! Türkiyə gəmilərini hazır vəziyyətə gətirdi

# 14:25
29 mart 2022

Türkiyənin minatəmizləmə gəmiləri hazırlıq vəziyyətinə gətirilib.

 

APA-nın müxbiri xəbər verir ki, bu barədə Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.

 

Onun sözlərinə görə, daxil olan hər bir xəbər dəyərləndirilir və aidiyyəti üzrə tədbir görülür.

 

Nazir qeyd edib ki, dənizdə aşkarlanan minalar təhlükəsiz şəkildə dərhal zərərsizləşdirilir.

 

“Minalar təhlükəsiz əraziyə daşınaraq dərhal zərərsizləşdirilir. Mina ilə mübarizə Türkiyə Silahlı Qüvvələrinin uğurlu olduğu bir sahədir”, - deyə Hulusi Akar vurğulayıb.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR