Son mənzilə alqışlarla YOLA SALINDI

# 17:30
30 sentyabr 2022

Müğənni Rəhim Rəhimli ilə evində vida mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, vida mərasimindən sonra onun cənazəsi Suraxanı rayonu, Bülbülə qəsəbəsinə gətirilib.

 

O, qəsəbə qəbiristanlığında dəfn edilib.

 

Mərasimdə mərhumun ailə üzvləri, sənət dostları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

 

Qeyd edək ki, Azərbaycan şou-biznesinin tanınmış siması, müğənni, bəstəkar Rəhim Rəhimli dünən gecə saatlarında evində, ürək tutmasından vəfat edib.

 

Yeri gəlmişkən qeyd edək ki, TƏBİB sənətçinin ölümü ilə bağlı açıqlama yayıb. Bildirilir ki, azərbaycanlı müğənni, bəstəkar Rəhim Rəhimlinin halının qəflətən pisləşməsi səbəbindən 30.09.2022-ci il tarixində saat 01:30 radələrində TƏBİB-in tabeliyindəki Bakı Şəhəri Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına çağırış daxil olub. Həkim briqadası tərəfindən ifaçıya zəruri tibbi yardımlar göstərilsə də, Rəhim Rəhimli kəskin ağciyər, ürək çatışmazlığından vəfat edib.

 

Qeyd edək ki, ifaçının ağır xəstəlikləri - qaraciyər sirrozu və kardiomiopatiyası da olub.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR