Sosial şəbəkədə alış-veriş həbslə nəticələndi

# 19:02
12 avqust 2022

 

Sosial şəbəkədə tanış olduğu şəxsdən onlayn yolla narkotik alan Göyçay sakini tutulub. APA TV-nin yerli bürosunun xəbərinə görə, keçirilən əməliyyat tədbiri nəticəsində şəhər sakini, əvvəllər də narkotiklərin satışı və saxlanmasına görə, iki dəfə məhkum olunmuş Elvin Həsənov şübhəli şəxs qismində saxlanılıb. Onun yaşadığı ünvana baxış keçirilən zaman oradan külli miqdarda narkotik vasitə olan heroin aşkar edilib. Elvin Həsənov ifadəsində həmin narkotiki sosial şəbəkə vasitəsilə tanış olduğu əcnəbi narkotacirdən onlayn yolla aldığını bildirib. Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə Elvin Həsənov barəsində həbs qətimkan tədbiri seçilib. Saxlanılan şəxsin digər hüquqazidd əməllərdə iştirakının olub-olmaması araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR