Soydaşlarımız Xarkovdan xəbər verir: - “VƏZİYYƏT ÇƏTİNDİR”

# 21:29
24 fevral 2022

“Xarkovda ağır döyüşlər gedir”.

APA TV xəbər verir ki, bunu Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri Murad Ömərov deyib.

O bildirib ki, ilkin məlumata görə ruslar Xarkovun kənarında, 5 kilometrliyindədirlər: “Xarkovun bir girişindən isə artıq ruslar tanklarla daxil olub, döyüşlər gedir. Kim getmək istəyibsə, artıq gedib. Bu gün artıq heç yerə getmək mümkün deyil. Ruslar hərbi hava limanlarının hamısını vurublar. Yollarda böyük tıxaclar var, yanacaqdoldurma məntəqələrində kilometrlərlə növbələr var".

Ukrayna Azərbaycan Dostluq Cəmiyyətinin sədri qeyd edib ki, ilk öncə Xarkovdan 50 km kənarda olan hərbi aerodrom və 2 hərbi hissə vurulub: “Xarkovda 50 minə qədər azərbaycanlı yaşayır. Xarkov Ukraynada azərbaycanlıların ən çox yaşadığı bölgədir. Hələ ki, Xarkovda azərbaycanlılar arasında itki yoxdur. Xarkovda vəziyyət çətin, çox çətindir", - deyə Murad Ömərov bildirib.

Cəmiyyət sədri qeyd edib ki, şəhərdə ictimai nəqliyyat işləyir, metrolar pulsuz olaraq fəaliyyət göstərir.

İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin sədri Samir Adgözəlli isə qeyd edib ki, Xarkov mühasirəyə alınır: “Demək olar ki, şəhər 60 faiz mühasirəyə alınıb, yalnız Poltava istiqamətində yol açıqdır. Şəhərdə bir xaos hökm sürür, şəhər administrasiyasında bir nəfər belə yoxdur. Bizdə olan məlumata görə də, azərbaycanlılar arasında hələ ki, itki yoxdur. Xarkovda azərbaycanlı tələbələr var. Onlara da evdə qalmağı, artilleriya zərbələri zamanı isə zirzəmilərə, bunkerlərə düşmək tövsiyə olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR