"Sputnik V” vaksininin ilk partiyası Azərbaycana gətirilib
Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətirilib.
““Sputnik V” vaksini özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib”.
APA TV-nin məlumatına görə, bunu səhiyyə nazirinin müavini Viktor Qasımov bildirib.
“Bildiyiniz kimi iki ildir pandemiya davam edir. Xəstəliklə mübarizədə hələ ki, dünya ölkələri əsaslı dönüş yarada bilməyiblər. Ən effektli mübarizə üsulu peyvəndlənmədir. Bildiyiniz kimi, Azərbaycanda bu ilin yanvar ayından peyvəndlənməyə başlanılıb. Ölkə Prezidenti İlham Əliyevin və Birinci Vitse Prezident Mehriban Əliyevanın siyasi dəstəyi və nəzarəti nəticəsində artıq ölkəyə 2 milyondan yuxarı peyvənd materialı gətirilib. İlk olaraq Çin istehsalı peyvəndindən istifadə olunub. Sonra AstraZeneca vaksinləri gəldi. Bu gün burda “Sputnik V” vaksininin də gəldiyinə şahid olduq. “Sputnik V” özünü dünyada çox yaxşı göstərib və artıq 60-dan çox ölkədə qeydiyyatdan keçib. Yüksək effektliliyə malikdir. Artıq 1 milyona yaxın vətəndaşımız peyvənd alıb. Rusiya ilə Azərbaycanın yaxın münasibətləri var və bu gün vaksinlərin gəlməsi də bunun bariz nümunəsidir”.
Azərbaycanın Rusiyadan aldığı “Sputnik V” vaksininin ilk partiyasının ölkəyə gətirilən zaman ölkənin xarici işlər nazirinin müavini Xələf Xələfov da Heydər Əliyev Beynəlxalq Hava Limanında olub.
Xələf Xələfov jurnalistlərə açıqlamasında bildirib ki, koronavirus əleyhinə “Sputnik V” vaksininin ilk partiyasının Azərbaycan gətirilməsi Rusiya ilə mövcud olan dostluq, əməkdaşlıq və strateji əlaqələrin sıx olmasının növbəti təzahüridir.
Nazir müavini bildirib ki, bu əməkdaşlıq nəticəsində Azərbaycan və Rusiyanın pandemiya qarşı mübarizədə müvəffəqiyyətli olacağına ümid edir:
“Azərbaycanın pandemiya ilə mübarizədə beynəlxalq əməkdaşlığı bundan sonra daha da genişlənəcək. Bütün bunlar əhalimizin rifahına, onların sağlamlığına yönəlib.
Qeyd edək ki, vaksini gətirən təyyarəni Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov, səhiyyə nazirinin müavini Viktor Qasımov, Rusiyanın ölkəmizdəki səfiri Mixail Boçarnikov və digər rəsmi şəxslər qarşılayıblar.
DİGƏR XƏBƏRLƏR

Arazın suyu həm azalıb, həm bulanıb - APA TV addım-addım Arazın izi ilə

Burada bitən ağacları başqa yerə köçürəndə ya bitmir, ya da görkəmini dəyişir

Günün məzənnəsi - 01.04.2023
