Su anbarından oğurluq edənlər belə tutuldu

# 17:52
22 oktyabr 2021

Şəmkirdə strateji əhəmiyyətli su borusundan oğurluq etməkdə şübhəli bilinən şəxslər saxlanılıb.

APA TV-nin yerli bürosunun xəbərinə görə, Kür Polis Bölməsinə Şəmkirçay Su anbarı və Magistral Kanalların İstismarı idarəsindən məlumat daxil olaraq, idarəyə məxsus 16 ədəd dayaq yastıqlarının oğurlandığı bildirilib.

Keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən, rayon sakinləri - Orxan Hüseynov, Vüqar Məmmədov, İbrahim Səfərov, Vüsal Məhərrəmov, Eşqin Aslanov və Elşən Məmmədov saxlanılıb.

Dindirilmə zamanı saxlanılan şəxslər ümumi dəyəri 15600 manat olan 16 ədəd dəmir yastıqları oğurladıqlarını və metal qəbulu məntəqələrinə satdıqlarını etiraf ediblər.

 

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Fuad Nazimoğlu,

Mehdi Məmmədov,

APA TV

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR