Sülhməramlıların maşın karvanına keçid üçün imkan yaradılıb
Sülhməramlıların maşın karvanına keçid üçün imkan yaradılıb
Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan Azərbaycan ərazilərində faydalı qazıntı yataqlarının qanunsuz istismarına etiraz olaraq keçirilən aksiya davam edir.
Laçın-Xankəndi yolunun aksiya keçirilən hissəsindən Rusiya sülhməramlı kontingentinə məxsus avtomobillərin sərbəst hərəkətinə növbəti dəfə şərait yaradılıb.
APA-nın Şuşaya ezam olunan müxbiri xəbər verir ki, günün birinci yarısında 13 maşın Xankəndidən Laçına, günün ikinci yarısında isə 7 avtomobildən ibarət karvan Laçından Xankəndinə doğru hərəkət edib.
Aksiya iştirakçıları yoldan çəkilərək avtomobillərin keçidi üçün dəhliz açıb. Laçın istiqamətindən Xankəndinə getmək istəyən 50 nəfərə yaxın sülhməramlı şəxsi heyət də yolun sözügedən hissəsindən maneəsiz keçid edib.
APA xəbər verir ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin də 5 avtomobili səhər saatlarında Xankənindən Laçına doğru, günorta saatlarında isə əks əstiqamətdə maneəsiz keçid edib.
DİGƏR XƏBƏRLƏR

Bayden Azərbaycan Prezidentini təbrik edib

Qurban Qurbanovdan maraqlı təklif: Türk dövlətlərinin liqaları birləşə bilər?

“Tvitter”ə qarşı təxribat baş verdi, İlon Mask başını itirdi
