Sumqayıtda ana və övladı dənizdə boğulub – HADİSƏNİN TƏFƏRRÜATLARI
Sumqayıtda ailə faciəsi yaşanıb. Dənizdə batan oğlunu xilas etmək istəyən ana boğulub.
APA TV xəbər verir ki, boğularaq dünyasını dəyişənlər 7 yaşlı Nicat Kərimli və onun 31 yaşlı anası Fatma Kərimovadır. Dərhal hadisə yerinə aidiyyatı qurumların əməkdaşları cəlb olunub. Şahidlərin sözlərinə görə, ərazi çimərlik üçün nəzərdə tutulmayıb. Sərinləmək üçün suya girən oğlunun batdığını görən ana özünü onun ardınca suya atıb. Elə hər şeydə bundan sonra baş verib.
Ana və övladının meyiti hadisə yerindən təqribən 150 metr kənarda tapılıb.
FHN-nin Xilasetmə qüvvələri ana və balanın meyitini sudan çıxararaq aidiyyatı üztə təhvil verib.
Faktla bağlı araşdırma aparılır
Ramil Zeynallı,
Əli Əliyev,
APA TV
DİGƏR XƏBƏRLƏR

"Zəngəzur dəhlizi ilə Türkiyədən Azərbaycana gedəcəyik"

"Range Rover" "Opel"lə toqquşdu, polis xəsarət aldı

Xarici səyyahlar Füzulidə minatəmizləmə əməliyyatlarını izlədilər
