Sumqayıtda dənizdən 2 meyit tapılıb

# 16:42
17 avqust 2022

APA TV-nin yerli bürosunun məlumatına görə, hadisə Xəzər dənizinin Sumqayıt sahilində qeydə alınıb. Belə ki, istirahət mərkəzlərinin birinin sahilindən kişi və qadın meyitləri tapılıb. Meyiti tapılan qadının 1988-ci il təvəllüdlü Paşayeva Vüsalə Çingiz qızı kişinin isə 1993-cü il təvəllüdlü Əzizli Fərid Telman oğlu olduğu bildirilir. Onların dənizdə boğularaq öldükləri məlum olub. Meyitlər aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR