Sumqayıtda "ZİL” yol kənarına aşaraq qumu yola dağıdıb
Sumqayıtda qumla dolu olan "ZİL” avtomobili aşıb.
APA TV-nin məlumatına görə, hadisə şəhərin ikinci girişində "Saray” körpüsü adlanan ərazidə qeydə alınıb. Belə ki, "ZİL” markalı yük maşını "VAZ 2106" markalı minik avtomobili ilə toqquşub. Nəticədə "ZİL” yol kənarına aşaraq qumu yola dağıdıb.
Qəza nəticəsində bir müddət avtomobillərin hərəkətində çətinliklər yaranıb və yol bağlanıb.
Yol polisinin əməkdaşları hadisə yerinə cəlb edilib və yaranan problem aradan qaldırılıb. Qəza nəticəsində xəsarət alan olmayıb.
DİGƏR XƏBƏRLƏR

AZAL quş vurmaq üçün ovçu axtarır

Yəhudi yazıçı: “İran qorxur ki, İsrail Azərbaycan ərazisindən zərbələr endirər”

“Ukraynanın bu il müharibədə qalib gələcəyinə inanmıram” - ABŞ-ın Baş Qərargah rəisi
