Suraxanıda dörd narkotik alverçisi tutuldu

# 13:50
22 may 2021

Suraxanı rayonunda narkotik vasitələrin satışı və qanunsuz dövriyyəsi ilə məşğul olan daha 4 nəfər yaxalanıb.

 

DİN mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, Suraxanı Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən paytaxt sakinləri Əli Şahrzayev və Allahverdi Allahverdiyev saxlanılıb.

 

Onların üzərindən narkotik vasitə olan heroin aşkar olunaraq götürülüb. Bu şəxslər ifadələrində narkotik vasitələri tanışları olan Suraxanı rayon sakini Qadir Ağayevdən aldıqlarını bildiriblər. Əməliyyat zamanı həmin şəxs də saxlanılaraq istintaqa təqdim olunub. Q.Ağayevin üzərinə və idarə etdiyi avtomobilə baxış zamanı 4 qram narkotik vasitə heroin aşkar olunaraq götürülüb.

 

Qeyd edək ki, narkotik vasitələrin satışı ilə məşğul olan Qadir Ağayev əvvəl məhkum olunub. O, məhkumlar üçün nəzərdə tutulan elektron qolbaqla təchiz edilib. Buna baxmayaraq, Q.Ağayev yenidən narkotik vasitələrin satışı ilə məşğul olduğu üçün saxlanılıb.

 

Daha bir əməliyyat zamanı Yeni Günəşli qəsəbəsində narkotik vasitələrin satışı ilə məşğul olan Tofiq Məlikov saxlanılıb. Onun üzərindən 1 kiloqram 70 qram heroin və satışı qadağan olunan psixotrop tərkibli “Tramadol” həbi aşkar olunaraq götürülüb.

 

Adları sadalanan şəxslər barəsində cinayət işləri başlanılıb. Saxlanılanların digər cinayət əlaqələrinin müəyyən edilməsi istiqamətində istintaq-əməliyyat tədbirləri davam etdirilir.

 

Onların qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa bu barədə ərazi polis orqanlarına, habelə nazirliyin "102" Xidməti-Zəng Mərkəzinə məlumat verə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR