Sürücülər, diqqət! Bu şəxs magistral yola iri daşları düzüb gizlənir - ANBAAN GÖRÜNTÜLƏR
Yolun ortasına daşları düzür, sonra qaçıb yolun kənarındakı ağacların arxasında gizlənir. Kimliyi də, məlum hərəkəti də hansı məqsdələ etdiyi də bəlli deyil. Bu videonu qaynar xəttimizə Orxan Məmmədzadə adlı şəxs göndərib. İddia edir ki, məlum videonu İsmayıllı-Bakı avtomobil yolunda şəxsi telefonu ilə çəkib. Bildirir ki, videodakı şəxs yola daşları düzür və avtomobillərin hərəkətinə maneə olur. Hətta adıçəkilən şəxsin avtombili də bu səbəbdən zərər görüb. Məsələ ilə bağlı Daxili İşlər Nazirliyindən APA TV-yə bildirildi ki, videodakı şəxsin kimliyi araşdırılır. Araşdırmalardan sonra həmin şəxsin magistral yolla hərəkət edən avtomobillərə nə məqsədlə maneə yaratdığı və vurduğu ziyan haqqında məlumat veriləcək.
AYTƏN SAKİTQIZI
APA TV
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
