Şuşa yol polisinin rəisi qəzaya düşdü, iki nəfər öldü
Füzuli şəhəri ərazisində ölümlə nəticələnən yol qəzası baş verib.
DİN Mətbuat xidmətindən APA TV-yə verilən məlumata görə, ötən gün Füzuli şəhəri ərazisində Novruz Orucov və İlqar Hümbətova məxsus “Mercedes” markalı avtomobillər toqquşub.
Nəticədə Novruz Orucov və sərnişini Təvəkkül Əliyev hadisə yerində ölüb, digər sürücü və 3 sərnişini xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, Füzuli şəhərində iki nəfərin ölümü ilə nəticələnən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan İlqar Hümbətov Şuşa Rayon Polis Şöbəsinin Yol Polisi Bölməsinin rəisidir.
DİGƏR XƏBƏRLƏR

Deputat Tehrandakı terrorun araşdırılmasına azərbaycanlı mütəxəssislərin cəlb olunmasını istədi

Ərdoğan İrandakı səfirliyimizdə baş verən qanlı hadisəni qınadı

Səfirliyimizə hücum kimin sifarişidir? - İran polisi niyə yerindən tərpənmədi? - YENİ DETALLAR
