Şuşada nələr dəyişib? - ŞƏHƏR CƏNNƏTƏ ÇEVRİLİB

# 14:49
18 aprel 2022

Doğma torpağın hər qarışı, hər bir şəhər və kənd bizim üçün əzizdir. Amma alınmaz qala, Qarabağın tacı sayılan Şuşanın tariximizdə öz yeri var. Şuşa həm də mədəniyyətimizin beşiyidir. Prezident İlham Əliyevin Şuşanı rəsmən Azərbaycanın Mədəniyyət Paytaxtı elan etməsi bu qədim şəhərin özəlliklərindən qaynaqlanır.

 

Azərbaycanın tarixi-mədəni, ictimai-siyasi həyatının mühüm mərkəzlərindən biri olan Şuşanı 28 ildən çox əsarətdə saxlayan erməni işğalçıları onun simasını dəyişməyə cəhd göstərib.

 

Nə gözəl ki, bu gün Şuşa yenidən qurulur, ona istəyimizə uyğun və yaraşan yeni həyat, yeni nəfəs verilir. Təməlqoyma mərasimləri, bir sıra sosialyönümlü obyektlərin açılışı hər kəsdə ruh yüksəkliyi yaradır.

 

Şuşaya səfərimiz çərçivəsində ilk olaraq vaxtıilə bu şəhərdə poçt kimi fəaliyyət göstərmiş bu inzibati binaya baş çəkdik. Əsası 1969-cu ildə qoyulan bu bina işğal vaxtı demək olar ki, istifadəyə yararsız hala salınıb. Qarabağımızın digər kənd və şəhərlərində olduğu kimi Şuşada da əksər inzibati binalar dağldılıb, bəziləri demək olar ki, tam yararsız vəziyyətə düşüb. Prezident İlham Əliyevin göstərişi ilə bu gün yenidən qurulan Şuşada hazırda dayandığımız bu binanın da bərpası nəzərdə tutulub. Tezliklə burda “ASAN” xidmət və DOST Mərkəzi üçün müasir üslübda inzibati bina istifadəyə veriləcək. Poçt binası memarlığı saxlanılmaq şərti ilə əsaslı şəkildə təmir olunacaq.

 

Şuşa şəhər İcra Hakimiyyətinin binasında təmir işləri gedir. Bu bina nisbətən yeni dövrə aid olduğundan sökülmür, əsaslı təmir olunur. Bönövrəsi möhkəmləndirilir, içəridə tamamlama işləri gedir, qapı-pəncərələr də artıq yenilənib.

 

Səfər çərçivəsində bu dəfə yenə çəkliş qrupumuzla Şuşa meriyasının önünə gəldik. Demək olar ki, inzibati binada son tamamlama işləri aparılır. İşlər bir an belə səngimir. Əlverişli hava şəraiti isə təmir-tikinti işlərinin gedişini daha da sürətləndirib. Qarşısını güllələnmiş heykəllərin bəzdiyi bu bina, ən müasir, yüksək standartlara uyğun formada tezliklə istifadəyə veriləcək.

 

İşğal dövründə yararsız vəziyyət salınmış dini-tarixi abidələr üzərində də işlər aparılır.

 

Şuşaya ilk dəfə səfər edəndə bütün bulaqların qurumasının şahidi olmuşduq. Burda işğala qədər 27 bulaq olub ki, işğal dövründə su boruları partladılıb, əksəriyyəti tamamilə məhv edilmişdi. İndi yenidən qurulan doğma Şuşanın su problemləri tədricən həll olunur. Gördüynüz bu bulaq da tarixi mədəniyyət abidəsi kimi qorunur. Artıq burdakı bulaqlar işğaldan əvvəlki şaqraqlığına qovuşublar.

 

Bundan basqa, Bülbülün Ev Muzeyinin həyətində yay konsert zalı inşa olunur. 250 yerlik zalda bir cox tədbirlərin keçirilməsi nəzərdə tutulur.

 

Açıq teatr kimi fəaliyyət göstərəcək bu yer müxtəlif musiqi günlərinin, mədəni-ədəbi tədbirlərin keçirlməsi üçün nəzərdə tutulur. Həyətdə əlavə çarhovuz da inşa olunur ki, bu da gələn qonaqların və yaxınlıqdakı inzibati binanın su təminatında əhəmiyyətli rol oynayacaq.

 

Şuşada yaşayış məhəlləsinin də təməli qoyulub, evlərin inşasına başlanıb. 90 çarpayılıq xəstəxana da inşa edilir. İnzibati, turizm onbyektləri ilə yanaşı, tarixi abidələrə də baxmaq vacbdir, çünki bu tarix Şuşayla birbaşa bağlıdır. Hazırda dağıntılar təmizlənir, bərpa işləri plan üzrə aparılır. Çünki hər bir tarixi abidənin bərpasında spesifik amillər diqqətə alınmalıdır.  Təbii ki, Şuşa şəhəri üçün 5 hektar ərazi az deyil, kifayət qədər böyükdür. Burada tikiləcək yeni binalarda həmçinin Şuşada çalışan dövlət qulluqçuları da yaşayacaqlar.

 

Yenidən qurulan tikililərdən biri də 960 şagird yerlik məktəb binasıdır.

 

İşğala qədər Şuşada 4 məktəb fəaliyyət göstərib. Onların bəziləri tamamilə dağıdılıb. Digərlərinin bərpası üzərində iş gedir. Hazırda tikintisi aparılan yeni məktəb binası isə müasir üslubda yenidən qurulur.

 

Azərbaycan bu gün bütün imkanlarını səfərbər edir ki, erməni işğalından azad olunan torpaqlarda qısa zamanda həyat canlansın. Hazırda dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın rəhbərliyi ilə nəhəng quruculuq işləri aparılır.

Heydər Əliyev Fondu 3 məscidi əsaslı şəkildə bərpa edir, eyni zamanda, yaxın aylarda yeni məscidin inşasına başlanacaq.

 

Şuşanın memarlığına uyğun gözəl, müasir üslübda daha bur otelin tikintisinə də hazırlıq işləri gedir.

 

Şəhərsalma işi belədir ki, burada yaşayış və digər binalar varsa, su- kanalizasiya xətti mütləqdir. Bu baxımdan kanalizasiya sistemi Şuşada yenidən qurulur.

 

Şuşada ənənəvi yerüstü enerji xəttləri artıq tarixə qovuşacaq. Çünki şəhərdə elektrik naqilləri beton tunellər vasitəsilə tamamilə yer altına köçürülür. Yeni şəbəkə izolyasiyalı kabellər vasitəsilə çəkilir. Abonentə qədər hər hansı dayaqdan istifadə olunmayacaq. Şuşa şəhəri dağlıq ərazidə yerləşdiyinə görə, hava şəraitinin qeyri-sabit olması, şaxtalı keçməsi ənənəvi naqillərdə bəzən problemin yaranmasına, qəzalara səbəb olurdu. Amma indən belə qəza demək olar ki, olmayaq. Yeni sistemin şəhərin estetik görünüşü baxımından da üstünlüyü çoxdur.

 

“Azərişıq” Şuşa şəhərində müasir standartlara uyğun, yüksək funksionallığa sahib 9 yeni yarımstansiyanın tikintisinə qərar verib.

 

Yeri gəlmişkən bu vaxta qədər Şuşa şəhərində 250-dən çox abonent qeydiyyatdan keçib. Söhbət həm əhali, həm də qeyri-əhali abonentlərdən gedir. Ümumilikdə isə işğaldan azad edilmiş ərazilərdə abonent sayı 600-dən artıqdır və bu say getdikcə artır. Şuşa fasiləsiz elektrik enerjisi ilə təmin olunur.

 

Düşmənin viran qoyduğu Qarabağımızın yaraları tədricən sağalır.

 

Şuşa dünyanın ən gözəl şəhərlərindən birinə çevrilir.

 

Sevinc Vaqifqızı,

Fariz Quluyev,

APA TV

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR