Şuşaya turist səfərləri nə vaxt başlayacaq?
Bakıda Turizm Sammiti keçirilib. Tədbirdə Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev çıxış edərək bildirib ki, 2026-cı ilə qədər Azərbaycana səfər edən xaricilərin sayının 4 milyona çatdırılması nəzərdə tutulub.
Onun sözlərinə görə, növbəti 4 il üçün məqsəd turistlərin yerləşdirilməsi və ictimai iaşə sektorunda ÜDM istehsalı 2019-cu illə müqayisədə 1.5 dəfə artırmaq, orta hesabla hər il turizm sektorunda 20% artıma nail olmaqdır. Bundan başqa, ölkə daxilində turizm səfəri edən yerli vətəndaşların sayını isə 6 milyon nəfərə çatdırmaq hədəflənib.
Agentlik sədri çıxışında turizm sektorunun idarəetmə çərçivəsinin daha da təkmilləşdirilməsi üçün regional turizm şuralarının yaradılmasının nəzərdə tutulduğunu qeyd edib.
O həmçinin bildirib ki, Qarabağ və Şərqi Zəngəzurda insanların yaşayışını təmin etmək üçün turizm aparıcı sahələrdən biri olacaq.
Sammit çərçivəsində 4 ayrı kateqoriyada 50-dən çox indikatoru müvafiq alt göstəricilər üzə dövri əsasda əks etdirən “Turizm üzə vahid məlumat bazası”nın təqdimatı keçirilib. Daha sonra tədbir “Turizm sektorunda dövlət siyasəti və bazar tənzimlənməsi: Azərbaycanda əsas istiqamətlər və yanaşmalar”, “Turizm, mədəni irs və yaradıcı sənaye: yeni çağırışlar”, “Əsas hədəf bazarlarında marketinq fəaliyyəti”, “Turizm sənayesində mövcud vəziyyət və planlar” mövzularında panel diskussiyaları ilə davam edib.
DİGƏR XƏBƏRLƏR

Hansı universitetlərin diplomları ölkəmizdə tanınmır? APA TV

Şəmkirdə ağır qəza: minik və yük maşınları toqquşdu

Rusiya xarici işlər naziri Ermənistanı işğalçı adlandırdı
