Tağıyevin heykəli niyə yerdən qoyuldu? - MARAQLI SƏBƏB

# 20:45
18 yanvar 2022

“2019-cu ildə Prezident İlham Əliyevin İncəsənət xadimləri ilə görüşündə aktyor, dostumuz Bəhram Bağırzadənin ideyası bəyənildi. Xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin abidəsinin Bakıda ucaldılması üçün müsabiqə elan olundu, tale belə gətirdi ki, mən qalib seçildim”.

APA TV xəbər verir ki, bunu barədə Hacı Zeynalabdin Tağıyevin heykəlinin müəllifi, Xalq rəssamı Xanlar Əhmədov deyib. Onun sözlərinə görə, heykəlin hazırlanması barədə üç fikri olub: “3 forma düşünmüşdüm, ayaq üstə heykəl, oturduğu yerdə və karetada. Bu ideyanın da öz tarixçəsi var. Rus çarının qəbulunda yalnız Z. Tağıyevin oturub gözləməsi üçün kreslosu olub, bu da tarixi şəxsiyyətə verilən dəyərdir”.

Heykəltəraş deyir ki, əslində sıx qrafikdə işləyib bu əsəri, çünki mart ayında təhvil verilməli imiş. Dövlət başçısının onun ünvanına söylədiyi fikirlərdən də çox şad olduğunu bildirir Xanlar Əhmədov: “Cənab Prezident Şuşada “Güllələnmiş heykəllər” əsərini də, dostum Namiq Dadaşovla birgə hazırladığımız işin də açılışını məhz Prezident İlham Əliyev edib”.

 

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR