Tanınmış meyxana ustası halallıq istədi
Tanınmış meyxanaçı Namiq Qaraçuxurlunun yeni videosu səs-küyə səbəb olub.
APA TV xəbər verir ki, tanınmış ifaçı sosial şəbəkə hesabında video paylaşıb. Şəhidlər Xiyabanında görüntülənən videoya “İzninizlə yavaş-yavaş toparlanmaq istəyirəm” sözlərini yazıb. Namiq Qaraçuxurlunun bu paylaşımı izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.