Tanınmış türk müğənnisini Bakıya dəvət edən restoran sahibi cərimələndi

# 12:47
8 iyun 2021

Tanınmış türk müğənnisini Bakıya dəvət edən restoran sahibi cərimələnib.

 

APA TV xəbər verir ki, Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri, polis polkovniki Ehsan Zahidov Lent.az-ın sorğusuna cavabında bildirib ki, “İstanbul Meyhane Bilgah” restoranının açılışı ilə əlaqədar təşkil olunan konsertdə xüsusi karantin rejimi ilə bağlı qaydalar pozulduğuna görə tədbirin qarşısı alınıb.

 

Obyektin sahibi və konsertin təşkilatçısı Bürhan Abdullazadə barəsində protokol tərtib edilib və rayon məhkəməsinin qərarı ilə o, 4 min manat cərimə olunub.

 

Həmçinin B.Abdullazadəyə gələcəkdə analoji halların təkrarlanmaması ilə bağlı ciddi xəbərdarlıq edilib. 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR