TEAS Press gənclər üçün roman müsabiqəsi elan edib - ŞƏRTLƏR

# 16:30
3 iyun 2022

“LIBRAFF”ın “Park Akademiya” filialında TEAS Press Nəşriyyat evinin elan etdiyi yeni ədəbi müsabiqənin təqdimat mərasimi keçirilib.

 

APA TV xəbər verir ki, təşkilatçılar müsabiqənin keçirməlisində məqsədin ədəbi rəqabət mühitinin inkişafına təkan vermək, yeni imzaların üzə çıxmasına şərait yaratmaq, yeni əsərlərin yazılmasını təşviq etmək olduğunu vurğulayıblar.

 

Qeyd olunub ki, əsas hədəflərdən biri də ölkəmizdə milli ədəbiyyatın zənginləşdirilməsindən, ümumbəşəri dəyərləri təbliğ edən mövzuların roman janrı vasitəsi ilə oxuculara çatdırılmasından ibarətdir.

 

 

 

Daha sonra müsabiqənin şərtləri elan olunub.

 

Müsabiqənin şərtlərinə görə, iştirakçıların yaş həddi 18-35 arasında olmalıdır. Əsərlərin müsabiqəyə qəbulu iyunun 3-dən başlayacaq və avqustun 31-dək davam edəcək. Hər müəllif müsabiqəyə Azərbaycan dilində yazılmış, heç bir çap və media orqanında yayımlanmayan bir roman təqdim edə bilər. Ümumilikdə müsabiqəyə təqdim edilən romanın həcmi 250 səhifəni keçməməlidir.

 

Müsabiqə “Uzun siyahı”, “Qısa siyahı” və yekunda qaliblərin müəyyən edilməsi olmaqla - üç mərhələdə keçiriləcək.

 

Hər mərhələnin sonunda növbəti mərhələnin gedişi və başa çatma zamanı barədə ayrıca məlumat veriləcək.

 

Müsabiqənin yekun mərhələsində iştirakçılar arasından üç qalib seçiləcək və onlar ümumi qaydaya uyğun olaraq mükafatlandırılacaqlar.

 

I yerin sahibinə 2 min manat pul mükafatı veriləcək, həmin əsər TEAS Press Nəşriyyat evi tərəfindən çap olunacaq və “LIBRAFF” kitab mağazaları şəbəkəsində təqdimatı keçiriləcək.

 

II yerin sahibinə 1500 manat, III yerin sahibinə isə 1000 manat pul mükafatı veriləcək.

 

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR