TƏBİB-dən yenilik: Bu xəstəxanaların təyinatı dəyişdiriləcək

# 15:24
20 dekabr 2022

“TƏBİB - Tibdə müasir keyfiyyət mərhələsi: real perspektivlər, gələcəyə baxış” adlı hesabat konfransı keçirilib.

 

Konfransda “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin 1 illik hesabatı və veb saytı təqdim edilib.

 

TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanov 2023-cü ildə TƏBİB-in qarşıya qoyduğu məqsədlərdən də söz açıb: “Səhiyyə sahəsində Cənab Prezident və birinci vitse prezident Mehriban xanım Əliyevanın xüsusi diqqəti nəticəsində səhiyyəmiz daha da inkişaf edir. Ölkəmizdə tibb müəssisələri yenidən qurulur, yeniləri inşa olunur. Modul xəstəxanalarla bağlı layihəmiz hazırdır əhaliyə digər tibbi xidmətləri göstərmək üçün istifadə olunacaq. Burada əsas məqsəd vətəndaşlara yaxın ərazilərdə xəstəxanalara əlçatanlığı təmin etməkdir”.

 

Tədbirdə çıxış edən Mətbuat Şurasının sədri Rəşad Məcid son dövrlərdə dünyada böhran vəziyyətinin idarəedilməsi prosesində sosial şəbəkələrin, eləcə də internet resuslarının əhəmiyyətini qeyd edərək, platformanın istifadəyə verilməsini yüksək qiymətləndirib. Daha sonra TƏBİB-in fəaliyyəti ilə bağlı hesabat təqdim edilib.

 

TƏBİB-in yeni yaradılan veb-saytına eşitmə, görmə və hərəkət qabiliyyəti məhdud olan insanlar da daxil olaraq, məlumatlardan faydalana biləcəklər. Eyni zamanda, bu gündən etibarən, TƏBİB-in “Çağrı mərkəzi” də istifadəyə verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR